EN

ABŞ Suriyadakı əsgərlərinin sayını açıqladı

Hazırda Suriyada deyildiyi kimi, 900 deyil, 2 minə yaxın Amerika əsgəri var.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Pentaqonun sözçüsünə görə, Bəşər Əsəd hələ prezident olanda Suriyada 900 hərbçi olub və İŞİD-i məğlub etmək missiyasını gücləndirmək üçün ərəb ölkəsinə əlavə qüvvələr göndərilib.

Chosen
28
50
unikal.az

10Sources