EN

ABŞ şatdaunla üzləşə bilər: hökumət işləməyəcək

Federal xərclərlə bağlı qanun layihəsinin qəbulunun təxirə salınması ilə ABŞ hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, mümkün şatdaun dekabrın 21-də yerli vaxtla saat 12:01-də, yəni indiki maliyyələşmənin dayandığı tarixdə başlaya bilər.

Fikir ayrılığı maliyyələşməni gələn il martın 14-nə kimi təmin edəcək xərclərə dair qanun layihəsinin qəbulu ilə bağlıdır.

Qeyd edək ki, 1500-dən çox səhifədən ibarət qanun layihəsini Konqresdəki Demokratlar Partiyası təmsilçiləri ilə razılaşdıran respublikaçı, Nümayəndələr Palatasının spikeri Mayk Conson irəli sürüb. Lakin yeni seçilmiş Prezident Donald Tramp bu həftə respublikaçılardan qanun layihəsini rədd etməyi və danışıqlar masasına qayıtmağı tələb edib. Layihəyə demokratların irəli sürdüyü bəzi xərclər respublikaçıların qanun layihəsini dəstəkləməkdən çəkinməsinə gətirib çıxarıb.

Maliyyələşdirməyə dair yeni qanun layihəsi imzalanana qədər hökumət işini dayandıracaq.

Chosen
1
7
axar.az

8Sources