EN

“Azercell” qaydaları pozdu, cəzalandırıldı – QƏRAR

Yasamal Rayon Məhkəməsində “Azercell Telekom” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: Nizamnamə kapitalı 62 100 000 dollar olan şirkətin qanuni təmsilçisi Zərinə Turan qızı Zeynalovadır.

Chosen
12
5
tribunainfo.az

10Sources