EN

ABŞ rəsmiləri Dəməşqə səfər etdi

ABŞ Dövlət Departamentinin rəsmiləri Bəşər Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə səfər ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər İordaniyanın Aqaba şəhərində ABŞ və regional tərəfdaşlar tərəfindən təsdiq edilmiş keçid prinsiplərini müzakirə etmək üçün “Heyət Təhrir əl-Şam”ın (HTS) nümayəndələri ilə görüşməyi planlaşdırır.

Məlumata əsasən, Dəməşqə Dövlət Departamentinin Yaxın Şərq üzrə yüksəksəviyyəli diplomatı Barbara Lif, prezidentin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens və Suriya problemi üzrə xüsusi nümayəndə Daniel Rubinşteyn səfər edib.

Onlar Suriya xalqı, o cümlədən vətəndaş cəmiyyəti üzvləri, fəallar, müxtəlif icmaların nümayəndələri ilə birbaşa əlaqə saxlayacaqlar.

Nümayəndə heyəti, həmçinin 2012-ci ilin avqustunda Suriyaya reportaj səfəri zamanı əsir götürülən amerikalı jurnalist Ostin Tays və itkin düşmüş digər Amerika vətəndaşları haqqında yeni məlumatların əldə edilməsinə çalışacaq.

Chosen
8
13
qafqazinfo.az

10Sources