EN

"Üç il də gözləsinlər, namizədliyimi verməyəcəyəm"

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Axşam.az xəbər verir ki, o bu barədə Manset.az-a müsahibəsində deyib.

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam” deyə, Anar qeyd edib.

Hazırkı sədr addımını belə izah edib:

“Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm”.

Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Chosen
668
20
demokrat.az

10Sources