Britaniya Ukraynaya on minlərlə PAU göndərəcək
2025-ci ilin yanvarında Böyük Britaniya Ukraynaya on minlərlə pilotsuz uçan aparat (PUA) tədarük etməyə başlayacaq.
Reyting.az xəbər verir ki, bunu Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard deyib.
Nazir müavini İcmalar Palatasında çıxışı zamanı bildirib ki, yanvar ayında Böyük Britaniyanın Norveç və Latviyadakı tərəfdaşları ilə birlikdə rəhbərlik etdiyi Dəniz İmkanları Koalisiyasının bir hissəsi olaraq on minlərlə pilotsuz uçan aparatını Ukraynaya təhvil verməyə başlayacaqlar.
Pollard qeyd edib ki, Böyük Britaniya hökuməti Ukraynanın NATO üzvlüyünə dönməz yolunda irəliləyiş üçün onunla işləməyə davam edəcək. Bundan əlavə, London beynəlxalq dəstəyi sürətləndirmək üçün Ukrayna Müdafiə Əlaqə Qrupu və digər ölkələrlə işləyəcək.
Ümumilikdə Böyük Britaniya artıq Ukraynaya 12,8 milyard funt sterlinq məbləğində yardım göstərib və hərbi texnikanın aparıcı donoru olaraq qalır.
E. KAMAL