EN

Romada Azərbaycan-İtaliya mədəni əməkdaşlığı müzakirə olundu

İtaliyada səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə bu ölkənin mədəniyyət naziri Alessandro Ciuli arasında ikitərəfli görüş keçirilib.

Publika.az xəbər verir ki, dekabrın 19-da gerçəkləşən görüşdə azərbaycanlı həmkarını səmimi salamlayan Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Qeyd edib ki, İtaliya tərəfi Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlıdır. “Biz Heydər Əliyev Fondunun İtaliyada, eləcə də Vatikanda tarixi-dini irsin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirir, buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, - deyə italiyalı nazir əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Adil Kərimli deyib ki, Azərbaycan və İtaliya rəhbərləri arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan dövləti də İtaliya ilə əməkdaşlığa önəm verir. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr məmnunluq doğurur.

Bildirilib ki, İtaliya tarixi-mədəni irsin bərpası və mühafizəsi, muzey və kitabxana işi sahələrində zəngin təcrübəyə malikdir. Azərbaycan tərəfi bu sahədə dost ölkənin təcrübəsindən faydalanmaqda maraqlıdır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı xalqımızın çoxəsrlik tarixi-mədəni mirası dağıdılıb, vandalizmə məruz qalıb. Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi-mədəni abidələrin təmir-bərpası xüsusilə diqqət mərkəzində saxlanılır. İtaliya da işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə öz töhfəsini verir.

Görüşdə bədii təhsil, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
12
11
publika.az

10Sources