Bakı. Trend:
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraqdövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kreditayırıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC-nin iki yeni Data Mərkəzinin tikintisi üçün sərfolunacaq kreditin məbləği 43 milyon avro təşkil edib. Layihəninməqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud”xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.
Dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı“AzInTelecom” MMC-nin inzibati binasında imzalanma mərasimikeçirilib.
Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa ÇervinskaAzərbaycanın dövlət sektoruna ilk kredit dəstəyinirəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: “Məlumatəlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsaltransformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsasprioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş busərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həmdə davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfəverəcəkdir”.
Azərbaycan tərəfdən müqaviləni imzalayan “AzInTelecom” MMC-ninİdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki,bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkanverəcək: “Bu layihənin reallaşması ilə istər kiçik, istər böyükqurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu daöz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşamüsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron vəHacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki DataMərkəzin inşası yaşıl texnologiyalar əsasında aparılacaq”.
Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığıüçün İqtisadi və İnvestisiya Planına (EIP), eləcə də “GlobalGateway” strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamandaAvropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsaltransformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.
“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi,Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu“TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı vəYevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət vəözəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.