EN

Azərbaycanın qeyri-neft ixracı 2 faizədək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 090,6 milyon ABŞ dolları təşkil edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

Chosen
8
4
vergiler.az

8Sources