EN

Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi?

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı iki general məhkəməyə çağırılır.

Turanpress.org xəbər verir ki, bunlar müdafiə nazirinin sabiq müavini-Əlahiddə Ümumqoşun Ordunun eks-komandanı general-polkovnik Kərəm Mustafayev və onun müavini işləmiş general-mayor Rəhim Cəfərovdur.

Generalların Ceyhunun komandiri olmuş polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə ifadə vermələri istənilir. Bu barədə vəsatəti sözügedən şəxslərin vəkilləri qaldırıblar. Müdafiə tərəfi hesab edir ki, K.Mustafayev və müavini də şahid kimi hakim qarşısına çıxmalıdır. Vəsatətdən məlum olub ki, general-polkovnik Kərəm Mustafayev bu cinayətə görə Respublika Hərbi Prokurorluğunda iki gün dindirilib.

Kərəm

Məhkəmə Kərəm Mustafayevin məhkəməyə çağırılması məsələsini hələ ki açıq saxlayıb, Rəhim Cəfərovun dindirilməsi ilə bağlı vəsatət isə təmin edilib. General növbəti iclaslarda hakim qarşısında dayanacaq.

Qeyd edək ki, Kərəm Mustafayev elə bu hadisədən bir müddət sonra vəzifəsindən azad edilib.

Yada salaq ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı cinayət işi başlanıb və hərbi hissə komandiri polkovnik Samir Həziyev həbs olunub. Bundan əlavə, hərbi hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.\

Musavat.com

 

Chosen
41
5
turanpress.com

10Sources