“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhər 6 saylı Ailə Sağlamlıq Mərkəzində, Qəbələ şəhərində fəaliyyət göstərən "Gilan Qəbələ yeyinti məhsulları istehsalı" ASC-də, Xaçmaz rayonu Qımılqışlaq və Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbində “Tibbi tullantıların idarə olunması" ,”Sıfır tullantı" təşəbbüsü mövzularında maarifləndirici tədbirlər keçirilib.