EN

KOB-lara təqdim edilən daha bir dəstək mexanizmi aqrobiznesin inkişafına müsbət təsir göstərəcək

KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi istiqamətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təqdim edilən daha bir dəstək tədbiri aqrobiznes sahəsində fəaliyyət göstərən startapların və KOB-ların inkişafına müsbət təsir göstərəcək.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “III Aqrar Startaplar və İnnovasiya Forumu”nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu həmçinin aqrar sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsində sahibkarların da rolunu artıracaq.

“KOBİA tərəfindən ümumilikdə 182 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib ki, onların arasında aqrobiznesin müxtəlif sahələrində yeni innovativ məhsul və xidmətlər təklif edən layihələr də mövcuddur. Müasir dövrdə innovasiya dayanıqlı inkişafın həlledici amillərindən birinə çevrilib. Bu baxımdan kənd təsərrüfatı sahəsində uğurların əldə edilməsi, habelə ərzaqla bağlı çətinliklərin həllində innovasiyalı inkişaf və onun investisiya təminatı əsas şərtlərdən biridir. Bu sahədə maliyyə mənbələrinin artırılması, dövlətin tənzimləyici təsirlərinin optimallaşdırılması, rəqəmsal mühitin bu baxımdan yaratdığı üstünlüklərdən yararlanma məsələləri kifayət qədər aktualdır”, - Orxan Məmmədov əlavə edib.

Chosen
13
vergiler.az

1Sources