Azərbaycanın bəzi bölgələrində dekabrın 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Ekologiya.az- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Qobustan, Şabran, Xızı, Siyəzən, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.