EN

Toydan qayıdan müğənninin qəfil halı pisləşdi: Bakıda xəstəxanaya aparıldı

Azərbaycanda tanınmış müğənninin qəfil halı pisləşib. Manset.az-ın əldə etdiyi məlumata görə, "Xalq ulduzu" müsabiqəsinin məşhur iştirakçısı, müğənni Səfa Məmmədov Bərdə rayonunda toyda iştirak etdikdən sonra paytaxta yola düşüb. 

 

Bakıya çatan müğənninin səhhətində problem yaranıb. 

 

Müğənni paytaxtda yerləşən xəstəxanalardan birinə müraciət edib.

 

Həkim müayinəsindən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Hazırda Səfa Məmmədov müalicəsini ev şəraitində davam etdirir. 

 

Tarix: 20 Dekabr 2024, 18:22   
Chosen
6
7
pravda.az

8Sources