EN

General-leytenantın polkovnik oğlu işdən çıxarıldı — FOTO

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.

Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.

Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.

Chosen
5
32
nocomment.az

10Sources