EN

AFFA “Qəbələ”nin 700 minini ödəməyib! – Səbuhi Səfiyarlı deyir ki...

Xatırlayırsızsa, AFFA İcraiyyə Komitəsinin iyunda keçirilən iclasında “Qəbələ”yə akademiyanın və infrastrukturun saxlanılması məqsədi ilə bir il müddətinə 700 min manat pul ayrılması qərara alındı.

Son günlər bu məsələ ilə bağlı cəlbedici xəbərlər yayılıb. İddia olunur ki, futbol qurumu “qırmızı-ağlar”a hələ bir qəpik də ödəməyib və klub bu üzdən yuxarıda qeyd olunan sahələr üzrə problemlərin həllində ciddi çətinliklə üzləşib.

“Football-plus.az” bu barədə “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlının mövqeyini öyrəndi:

“Bəllidi ki, həmin məbləğin ödəniləcəyiylə bağlı qərar var. Amma ödənişin həyata keçirilməsi mexanizmi açıqlanmayıb. Bu üzdən pulun hələ də ödənilməməsinə görə etiraz edə bilmərik. Həmçinin bu yaxınlarda AFFA-dan bizimlə əlaqə saxlanıldı və həmin məbləğin ödəniləcəyiylə bağlı bilgi verildi. 700 min manat az pul deyil. Böyük ehtimalla, bu məsələ AFFA-nın 2025-ci ili əhatə edən büdcəsinə uyğun həll ediləcək”.

KƏNAN BAHADIR
Chosen
12
football-plus.az

1Sources