Bakı. Trend:
Azərbaycan Milli Paralimpiya Komitəsində rəhbər vəzifələrə yenitəyinatlar olub.
Trend xəbər verirki, Cavad Axundzadə İdman şöbəsinin müdiri, Əşrəf Qasım isəBeynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiritəyin edilib.
Cavad Axundzadə Bakı Dövlət Universitetində bakalavr və magistrtəhsili alıb. O, 2007-ci ildən əmək fəaliyyətinə başlayıb və idmansahəsində 15 ildən çox iş təcrübəsinə malikdir. AzərbaycanRespublikası Prezidentinin sərəncamı ilə ölkə idmanınıninkişafındakı xidmətlərinə görə “Azərbaycan RespublikasıPrezidentinin fəxri diplomu” ilə təltif olunub.
Əşrəf Qasım da Bakı Dövlət Universitetinin məzunudur vəbakalavr, magistr təhsili alıb. 2002-ci ildən fəaliyyət göstərənƏ.Qasım dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr və idarəetməsahəsində 20 ildən çox təcrübəyə sahibdir.
Yeni təyinatlar Milli Paralimpiya Komitəsinin fəaliyyətiningücləndirilməsinə və beynəlxalq əlaqələrinin genişləndirilməsinəyönəlmiş addım kimi qiymətləndirilir.