EN

Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb.
Oxu.Az "Habertürk"ə istinadən xəbər verir ki, bu ərzaq yardımı ehtiyacı olan 300 suriyalı ailə üçün nəzərdə tutulub.
Qida paketlərinə dörd nəfərlik ailənin bir aylıq ehtiyacını ödəyəcək miqdarda noxud, bulqur, günəbaxan yağı kimi qida məhsulları, həmçinin şirniyyat və şokolad daxildir.
Məlumata görə, ayrılmış humanitar yardımın son partiyası dekabrın 31-dək Suriyaya göndəriləcək. Bu cür yardımların gələcəkdə də davam etdiriləcəyi istisna olunmur.
Qeyd edilib ki, göndərilən bağlamalar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalılara ünvanladığı məktub da yer alıb. Məktubda Türkiyənin Suriyanın yenidənqurulması və bərpasında bu ölkəyə dəstək göstərəcəyinə dair fikirlər ifadə olunub.
Chosen
35
50
oxu.az

10Sources