EN

Colaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi

ABŞ Dəməşqdəki təmaslardan sonra Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd Colani haqqında məlumat üçün təyin edilən 10 milyon dollar pul mükafatını ləğv edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Suriyaya səfərindən sonra onlayn brifinqdə məlumat verib.

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın sözügedən qruplaşmaya qarşı sanksiyaları ləğv edəcəyi, HTŞ-ni terror təşkilatları siyahısından çıxaracağı barədə məlumat yayılmışdı.

 

Chosen
7
5
senzor.az

10Sources