AZ

Amerika diplomatları yeni hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün Dəməşqə gəlib

Amerika diplomatiyasının nümayəndələri Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün Dəməşqə gəlib. Bu, Bəşər Əsəd hökumətinin devrilməsi ilə nəticələnən çevrilişdən sonra ilk dəfə baş verib.

Bildirilir ki, Vaşinqtonun nümayəndələri ölkənin yeni hökumətinin üzvləri, eləcə də müxtəlif siyasi qüvvələri təmsil edən fəallarla görüşəcək. Diplomatlar Suriyanın gələcəyini müzakirə etmək, həmçinin Amerikanın mümkün yardımı ilə bağlı öz baxışlarını təsvir etmək niyyətindədirlər.

AP Dövlət Departamentinə istinadən xəbər verir ki, ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf, ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Daniel Rubinşteyn, eləcə də ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens Suriyaya gəliblər.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
5
13
editor.az

10phrase_var_article.sources