EN

İcbari tibbi sığorta ilə dərmanlar apteklərdən necə alınacaq?

Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbi sığorta haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

Chosen
10
50
publika.az

10Sources