EN

Azərbaycanda kütləvi dava - 4 nəfər xəstəxanalıq oldu

Ucarda kütləvi dava olub, xəsarət alanlar var.

Milli.Az bildirir ki, hadisə gecə saatlarında rayonun Bağman kəndində baş verib.

Kənddə keçirilən ciyər axşamında bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Bu qadının heç vaxt kişilərlə ciddi münasibəti olmayıb, buna sevinir: sirri nədir?
Elektron müqavilə - Qanunvericilik nə deyir?
Azərbaycanın bu rayonlarında 10 dərəcə şaxta oldu - GÜNÜN HAVASI

Dava zamanı 4 nəfər - 1975-ci il təvəllüdlü Əlsahib Ağasəlim oğlu Səlimov, 2003-ci il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov və 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır. /Lent.az

Chosen
18
18
milli.az

10Sources