EN

ABŞ federal hökuməti fəaliyyətini dayandırıb

ABŞ Senatı (Konqresin yuxarı palatası) gecə yarısına qədər (Bakı vaxtı ilə 09:00) federal hökumətin qısamüddətli maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edə bilməyib.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

"Bununla əlaqədar federal hökumət müvəqqəti olaraq fəaliyyətini dayandırıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, əgər Senat Nümayəndələr Palatası (Konqresin aşağı palatası) tərəfindən əvvəlcədən təsdiqlənmiş qanun layihəsini qəbul edərsə, hökumətin fəaliyyətini dayandırması, böyük ehtimalla, "xüsusi problemlər" yaratmayacaq.

Şatdaun nəticəsində təxminən 3,5 milyon dövlət qulluqçusu və federal müəssisələrin işçiləri bayram dövründə maaşsız qalacaq. Üstəlik, onların bəziləri - məsələn, nəqliyyat təhlükəsizliyi əməkdaşları, sərhədçilər, hərbçilər və s. işləməyə davam etmək məcburiyyətində qalacaqlar.

"Cebheinfo.az"

Chosen
47
8
cebheinfo.az

10Sources