EN

ABŞ Tayvana 571 milyon dollarlıq hərbi yardım ayırdı

ABŞ Prezidenti Co Bayden Tayvana 571,3 milyon dollar məbləğində hərbi yardım ayırma qərarını təsdiqləyib.

Olaylar xəbər verir ki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilir. Prezident Bayden açıqlamasında belə deyib:
"Prezident kimi mənə verilən səlahiyyətlə, dövlət katibinə bu məbləğin istifadəsinə göstəriş verirəm."

Bu vəsaitlərin ABŞ Müdafiə Nazirliyi vasitəsilə müdafiə texnikası, hərbi xidmətlər, eləcə də hərbi təhsil və təlimlər üçün istifadə olunacağı qeyd olunur.

Eyni zamanda, Çin Tayvana silah tədarükündə iştirak edən 13 ABŞ istehsalçısına qarşı sanksiyalar tətbiq edib. Çin bu addımı Tayvanla bağlı siyasətinə zidd hesab edir və hərbi yardımları gərginliyi artıran bir faktor kimi görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
14
olaylar.az

10Sources