EN

"Qərb heç vaxt məğlub kimi görünmək istəmir" - Hikmət Babaoğlu

"Gürcüstan hakimiyyəti olduğu mövqedə qalır, öz prinsipial mövqeyini qoruyur."

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu News365.az-a şərh edib. 

"Seçki ərəfəsində də, sonra da yeni seçilən hakimiyyətdə, ondan əvvəlki, “Gürcü Arzusu” hakimiyyəti də Qərblə əməkdaşlığa meyilli olduğunu, Gürcüstanın istiqamətinin qərb olduğunu dəfələrlə bəyan etmişdir. Hətta seçki qabağı təbliğat kampaniyalarında da bu var idi. Biz bilirik ki, qərb inustudlarının vəzifəsi, məqsədi Gürcüstanda yeni hakimiyyət formalaşdırmaqdan ibarət idi. Ancaq buna nail ola bilmədilər. Nəhayət proseslər gəlib bu nöqtəyə çatdı. Bu nöqtə artıq yeni bir mərhələnin başlanğıcı olmalı idi. Avropa ittifaqı ilə Gürcüstan arasında əlaqələr tamamən pozulmalı idi, ya da yenidğn bərpa olunmalı idi. Amma incə bir məsələ var. Qərb heç vaxt məğlub kimi görünmək istəmir. Ona görə bu məsələni elə şəkildə qoymalı idi ki, o məğlub görünməsin."- deyə fikirlərini bildirib. 

News365.az

Chosen
26
48
news365.az

10Sources