EN

Bu konfrans cinayət hüququnun təkmilləşdirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir

Bir çox ölkənin hüquq elminin nümayəndələrinin də iştirak etdiyi beynəlxalq konfransda cinayət siyasətinin fəlsəfi, hüquqi problemləri müzakirə olundu. 

Ölkə. Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib.

Ombudsman bildirib ki, cinayət siyasəti, cəza siyasəti ümumilikdə optimal cəza tətbiqinin müəyyən edilməsi və digər məsələlərlə bağlı çox maraqlı mühazirələr dinlənildi: "Çox dərin və geniş diskussiyalar aparıldı. Hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən həm elm adamları, həm də tətbiqi prosesdə iştirak edən hər bir kəs üçün çox maraqlı bir konfrans oldu".

Deputat Fazil Mustafa isə qeyd edib ki, hüquq camiəsinin vaxtaşırı bir araya gəlib hüququn aktual problemlərini müzakirə etməsi elmin bu sahəsinə verilə biləcək ən ciddi töhfələrdən biridir.

"Elm elədir ki, müzakirə olunduqca, fərqli fikirlər dinlənildikcə, fəqli iddialar irəli sürüldükcə hansısa sahədə müəyyən boşluqların doldurulması, yeniliklərin əldə olunması daha tez müəyyənləşir. Bu baxımdan da Qara dəniz və Xəzər dənizi hüquqşunasların işbirliyi formatında belə tədbirlərin keçirilməsi hər dəfə hüququn hansısa bir sahəsinə aid olan məsələlərin müzakirəsi və beynəlxalq formatda ayrı-ayrı ölkələrin təcrübələrinin mübadilə olunması ümumi hüquq elminin inkişafına, praktiki tətbiqlə bağlı məsələlərdə irəliləyişə səbəb olur. Bu səbəbdən də bu cür konfransların əhəmiyyəti böyükdür. 

Burada müxtəlif elm sahəsinə hüququn ayrı-ayrı istiqamətlərinə müəyyən tətqiqatları ilə töhfə vermiş alimlərin fikirlərini dinləmək, onları müqayisəli şəkildə təhlil etmək hər bir hüquqşunas üçün yeni bir düşüncə, yeni bir anlayış əldə etmək fürsəti yaradır", - deputat bildirib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışında qeyd edib ki, konfrans cinayət siyasətin çox mühüm mövzularına həsr olunduğundan çox böyük əhəmiyyət kəsb edir.

"Şübhəsiz ki, konfransda müzakirə olunan məsələlərin elmi-praktik əhəmiyyətini yüksək səviyyədə artırır. Olduqca mühüm təkliflər səslənir ki, bu da cinayət siyasətinin prioritetlərini müəyyənləşdirilməsində böyük rol oynayır. Eyni zamanda, cinayət elminin inkişafına töhvə verəcək bir konfransa şahidlik edirik. Digər praktik tərəfdən isə qanunvericiliyin təkmilləşdirilməsinə töhfəsini verəcək bir tedbirdir. Xüsusilə bu gün suni intellektdən çox danışıldı ki, heyətimizın vacib bir hissəsidir", - deyə o əlavə edib.

Ə.Nuriyev bildirib ki, suni intellekt insanın və peşə sahibinin köməkçisi olmalıdır. 

"Bu istiqamətdə də alimlər tərəfindən mühüm fikirlər səsləndirildi. Düşünürəm ki, belə bir konfransın təşkil olunması olduqca vacibdir, hətta qeyd edim ki, burda elə mövzular müzakirə olundu ki, bu mövzuların hər birinə bir konfrans təşkil etmək olar.

Hüquq və cinayət hüququ dəqiq elmlər sırasındadır. Çünki burda hər hansı bir səhv insan taleyinə ciddi təsir göstərə bilər. Ona görə də bu tədbirdə alimlər tərəfindən səsləndirilən fikirlər elmə böyük töhvə verəcək”, - Nuriyev  vurğulayıb.

Digər çıxış edən natiqlər də konfransın cinayət hüququ sahəsində rast gəlinən problemlərin, onların aradan qaldırılması yollarının təkmilləşməsi baxımdan mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər. 

Mürtəza
Ölkə.Az

Chosen
31
2
olke.az

3Sources