EN

Türkiyə ilə bağlı üzücü xəbər: Almaniyadakı terror aktında...

Xəbər verdiyimiz kimi, Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdikləri iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb. Nəticədə 11 nəfər ölüb, 80 insan yaralanıb.

Xəsarət alanlar arasında 2 Türkiyə vətəndaşının olduğu məlum olub.

Türkiyənin Xarici İşlər Nazirliyinin Dəstək Mərkəzi yaralanan türklərin həyati təhlükəsinin olmadığını və müalicələrinin davam etdiyini açıqlayıb:

"Dünən Almaniyanın Maqdeburq şəhərində Milad bazarında baş verən faciəvi hücumda iki vətəndaşımızın yaralandığı öyrənilib. Vətəndaşlarımızın xəstəxanada müalicəsi davam etdirilir və həyati təhlükəsi yoxdur. Vəziyyətləri Hannoverdəki Baş Konsulluğumuz tərəfindən yaxından izlənilir”./Publika.az
Chosen
6
1
referans.az

2Sources