EN

"Tesla" minlərlə elektromobilini geri çağırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tesla" şirkəti şinlərdə təzyiqə monitorinq sistemindəki nasazlığı aradan qaldırmaq üçün təxminən 700 min elektromobilini geri çağırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AP nəşri ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat verib.
Məlumata görə, nasazlıq 2024-cü il buraxılışı olan "Cybertruck", 2017-25-ci ilin "Model S" və 2020-2025-ci ilin "Model Y" avtomobillərində aşkarlanıb.
NHTSA-nın məktubunda qeyd edildiyi kimi, bu modellərdəki monitorinq sistemi sürücünü şinlərdəki aşağı təzyiq barədə xəbərdar etməyə bilər, təkərləri kifayət qədər şişirdilməmiş nəqliyyat vasitəsindən istifadə isə qəza riskini artırır.
"Tesla"dan bildirilib ki, problemi həll etmək üçün pulsuz proqram təminatı təqdim ediləcək.
Qeyd edək ki, bu, "Tesla" elektrik avtomobillərinin bu il ilk geri çağırılması deyil, cəmi bir il əvvəl satışa çıxarılan "Cybertruck" elektrik pikapları üçün isə bu artıq ilin əvvəlindən bəri yeddincidir.
Chosen
16
22
oxu.az

10Sources