EN

ABŞ "Həyat Təhrir əş-Şam" liderinin həbsinə görə təyin edilən 10 milyon dollar mükafatı ləğv edib

ABŞ hökuməti Suriyada Bəşər Əsəd rejiminə ən böyük müxalif qruplardan biri olan "Həyat Təhrir əş-Şam" lideri Əbu Məhəmməd əl-Culaninin həbsi üçün təyin edilən 10 milyon dollar mükafatı ləğv edib.

hakimiyyet.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, bu barədə qərar amerikalı diplomatlar və "Həyat Təhrir əş-Şam" nümayəndələri arasında sonra verilib.

Xatırladaq ki, dünən ABŞ Dövlət Departamentinin nümayəndələri Barbara Lif, girovlar üzrə xüsusi nümayəndə Rocer Karstens və baş məsləhətçi Daniel Rubinşteyn Dəməşqdə Suriyanın faktiki hökuməti kimi fəaliyyət göstərən "Həyat Təhrir əş-Şam" lideri Əhməd Əl Şaraa (Culani) ilə görüşüblər. ABŞ dövlət katibinin müavini Barbara Lif iki ölkə arasındakı danışıqları konstruktiv adlandırıb.

Chosen
20
4
hakimiyyet.az

10Sources