EN

“Mənə suallar verməyin”

Xəbər verdiyimiz kimi, Zaur Hüseynov ötən gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
 
Moderator.az xəbər verir ki, Qaynarinfo 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün Zaur Hüseynova zəng edib. 
 
Amma Zaur Hüseynov sualları cavablandırmaqdan imtina edib:
 
“Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova (“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun”.
 
“Qafqazinfo” əlavə edir ki, son vaxtlarda Bakı metrosunda tez-tez ciddi problemlər yaşanırdı. Qatarların tez-tez sıradan çıxması, xətdən kənarlaşdırılması sərnişin sıxlığı ilə nəticələnirdi. Ünvan başına getmək üçün yeraltı nəqliyyata üz tutanlar isə çıxılmaz vəziyyətdə qalırdı. Odur ki, metroda baş verən bu problemlərin Zaur Hüseynovun işdən çıxarılmasına səbəb kimi də göstərilə bilər.
Chosen
28
28
moderator.az

10Sources