EN

Xırdalanda yaşayış binasında dəhşətli PARTLAYIŞ: Yaralıların son durumu açıqlandı – VİDEO

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Medianews.az-a verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Xırdalanda mənzildə partlayış olub, yaralılar var.

Medianews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Chosen
4
4
medianews.az

10Sources