EN

Təyyarə qəzasında azı 7 nəfər ölüb


Meksikanın qərbində kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Xalisko ştatının mülki müdafiə xidməti məlumat yayıb.

Qeyd olunub ki, bazar günü günortadan sonra Miçoakan ştatının La-Parota şəhərindən havaya qalxan “Cessna 207” təyyarəsi ucqar meşəlik əraziyə düşüb.

Hadisə yerinə gələn polis 7 cəsədin tapılması barədə məlumat verib. Ölənlərin şəxsiyyəti müəyyən edilməyib. Hadisənin baş vermə səbəbi araşdırılır.


Chosen
4
6
news24.az

10Sources