"Tehranda sözügedən məsələ ilə bağlı müzakirələr aparılır. Qərb dövlətləri narahatdır ki, Suriyada silah qaçaqmalçılığı üçün nəzərdə tutulan hava limanını itirən İran Livanın paytaxtı Beyrut şəhərinin hava limanını oxşar təyinatla işlətmək məqsədi güdür. Belə bir addım, şübhəsiz ki, regionda eskalasiya riskini artırır",- qəzet yazır.
İran XİN:"Suriyadakı səfirliyimizin fəaliyyətinə yenidən baxılacaq" |
Xatırladaq ki, Suriyada Tehranın dəstəklədiyi Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsi fonunda İranın regiondakı tərəfdaşları ilə birbaşa rabitəsi zəifləyib. İran Suriyanın yeni hakimiyyəti ilə uzlaşmağa çalışır.
Firudin Həmidli
AzVision.az