Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevinsiyasi iradəsinin,uğurlu siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörənsiyasətinin məntiqi nəticəsidir
Bu gün böyük inamla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığı reallıqlarladünyanın diqqətindədir. Son 21 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənabİlham Əliyev 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərindəxalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə edərəkqarşıda dayanan vəzifələrin uğurlu icrası,Azərbaycanın daha qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 21 ildə həyata keçirlən siyasət sözlə əməl birliyinin, Heydər Əliyev siyasətinə sadiqliyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında müstəqillik tarixində ilk dəfə olaraqbütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ilin uğurlarına söykənərək bir dahabu reallıqlaradiqqəti yönəltdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndəxalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi.
Müasir dövlətçiliktariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminədinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cüillərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi cənab İlham Əliyevə etimadınıtəkrarladı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsindəölkəmiz regionda və dünya birliyində söz sahibliyi qazandı. Prezident kimifəaliyyətə başladığı ilk gündənAzərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyanPrezident İlham Əliyev dövlətimiziniqtisadi və hərbi gücü iləvədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edənAzərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət başladığı ilk günlərdən imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı ilə iqtisadi inkişaf konsepsiyamızın əsası qoyuldu.Ölkənin hərtərəfliinkişafına dair davamlı və sistemliDövlət Proqramları qəbul olundu.Respublikamızın sosial-iqtisadi inkişafınındinamikası, strategiyasıdəqiqliklə müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyata keçirilməsi iləbölgələrdə yeni iş yerləri, istehsal müəssisələri, sənaye obyektləri yaradıldı.Atılan bu addımların təməlində insan amili dayanır. Dövlətimizn başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki,vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bu mühüm məqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydın ifadəsini tapmalıdır. Təbii ki, bu uğurlara yol açan Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Bu strategiyanın uğurlu icrası nəticəsində Azərbaycan etibarlı tərəfdaşkimi mövqeyini möhkəmləndirir. Bunun bariz nümunəsi 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, eyni zamanda, 2014-cü ildəCənub Qaz Dəhlizinin təməlinin qoyulması oldu. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizi tam tərkib istifadəyə verildi.
Vüqar Rəhimzadəvurğulayıb ki, ölkəmizin dünyanınenerji və nəqliyyat layihələrinəyeni nəfəs gətirməsi Prezident İlham Əliyevinsiyasi iradəsinin,uğurlu xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörənsiyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısının Azərbaycanı “yaşıl enerji” ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindəndəstəklənir,tanınmış ölkələrin, investorlarınalternativ enerji layihələrinə marağı artırır.Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasıiləölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənib.Ötən ay Azərbaycanın ev sahibliyi etdiyiCOP29 tədbiri ölkəmizin enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı.Ümummilli Lideriniqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətinin əsas tərkib hissəsi idi.Son 21 ildəneft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələnlayihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Bu günədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması, bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsiuğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycan dünyayaəməkdaşlığınyeni modelini təqdim etməklə birgə səylərin, təcrübə mübadiləsininnəticəsindədavamlı iqtisadi inkişafa nailolur. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasıqarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağastimul verir. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyininqorunmasıbu gün dünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi.
Milli Məclisin deputatı bildirib ki, 21 ilin uğurlarından bəhs edərkən Azərbaycanın iqtisadi imkanlarının artması ilə digər sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətləri xüsusi qeyd etməliyik. Müharibə şəraitində yaşayan ölkə üçünqüdrətli iqtisadiyyatın, güclü ordunun olması vacib şərtlərdəndir. Prezident İlham Əliyev ilk gündəntorpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas vəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruriamillərin mövcudluğuna səy göstərdi.Azərbaycan hər bir sahədəböyük uğurlara imza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı.İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığı diplomatik uğurlarda özünün aydın ifadəsini tapdı.Bütün bu uğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi, həmrəyliyidir. Bu birlik Azərbaycanı yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardanbəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz.Sülh danışıqları səmərə vermədiyi təqdirdə məsələnin hərb yolu ilə həlli qaçılmazdır. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə söykənən siyasəti, bütün sahələrdə qazandığı uğurlar, güclü ordu, xalqımızın birliyi, həmrəyliyi, eyni zamanda,diplomatik mübarizədə qələbə idi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdənraket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan rəşadətli Ordumuz ilk gündən qələbə müjdələriiləgücünü, qüdrətini nümayiş etdirdi. 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxınyaşayış məntəqəsini işğaldan azad etmək Prezident-Xalq-Ordu birliyinin təqdimatı oldu.Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanata görə Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan beləAzərbaycana təhvil verildi.Tarixi Zəfərmizdən üç il sonra rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərininsəbəbləri bəllidir. Bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. 20 sentyabr tarixmizə Dövlət Suverenliyi Günü kimi daxil oldu.
Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsindəkiZəfərdən sonraazad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 5 şəhərin, 4 qəsəbənin sakinlərinə qovuşması özündə bütün məqamları ehtiva edir.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Uğurlarımızın miqyası genişdir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev hər bir vədini əməldə təsdiq etməklə bu çağırışını təsdiqləyir ki, biz nəyi deyiriksə, onu da edirik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri görülən işlərlə tanışlıq, yeni sosial obyektlərin açılışına və təməlqoyma mərasimlərinin keçirilməsi ilə müşayiət olunur. Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və nəhayət,güclü Azərbaycan amili dayanır. Qalib Azərbaycan qarısına qoyduğu yeni hədəflərə doğru inamla addımlayır.