EN

Ərdoğan Rusiya və Ukraynaya İstanbul təklif edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya və Ukrayna arasında potensial olaraq yenidən İstanbulda baş tuta biləcək sülh danışıqlarının başlanmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Türkiyə liderinin administrasiyasında bildirilib.


Sentyabrda Ərdoğan deyib ki, “müəyyən lobbilər” Türkiyənin Ukraynadakı müharibəni bitirmək üçün İstanbul təşəbbüslərini sabote edir. “İstanbulda aparılan danışıqlar Türkiyənin fəal rolunun uğurunu sübut etdi. Lakin müəyyən lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəmədilər”.

Ukrayna və Rusiya 2022-ci ilin yazında Rusiya işğalı başlayandan dərhal sonra danışıqlar apardılar. İstanbul raundunda tərəflər Ukrayna üçün Daimi Bitərəflik və Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə layihəsini hazırladılar və ilkin olaraq imzaladılar.

Xüsusilə, bu sənədə görə, Ukrayna “daimi neytrallığını” qoruyub saxlamağa, NATO da daxil olmaqla hərbi bloklara qoşulmamağa, nüvə silahı istehsalı və əldə etməkdən imtina etməyə söz verib. Lakin tərəflər heç vaxt yekun razılaşma əldə etmədilər və sonradan sülh danışıqlarını dayandırdılar.

 

Nigar

 

Chosen
18
50
oxu24.com

10Sources