EN

XİN ABŞ SƏFİRLİYİNİN İTTİHAMINI RƏDD EDİR

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə “X” platformasında paylaşım edib. Sitat: "Bir sözlə, ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur. Görünən odur ki, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır".

Chosen
11
49
tezadlar.az

10Sources