EN

Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var?


“Qusardakı yanacaqdoldurma məntəqələrində bir aya yaxındır ki, Aİ-92 markalı benzin, son günlər isə dizel yanacağı qıtlığı yaranıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə haqqin.az-a yerli sürücülər məlumat verib.
Onların sözlərinə görə, benzin və ya dizel yanacağını ancaq SOCAR və “Azpetrol”a məxsus iri yanacaqdoldurma məntəqələrində tapmaq olar. Sürücülər Xudatda da oxşar problemlə üzləşdiklərini qeyd ediblər. Onlardan biri Qusarın kəndlərində kiçik yanacaqdoldurma məntəqələrinin boş qaldığını, maşınlarında yanacaq qurtarsa, yolda qaldıqlarını deyib.
“Pioner” yanacaqdoldurma məntəqəsinin Qusardakı nümayəndəsi Emin Əliyev sayta açıqlamasında bu problemlə üzləşdiyini təsdiqləyib. Onun sözlərinə görə, şirkətin üç yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: biri rayon mərkəzində, ikisi isə kəndlərdə. Onlar son bir ay ərzində zavoddan Aİ-92 markalı benzini məhdud həcmdə alıblar.
Qeyd edilib ki, sosial şəbəkələrdə analoji vəziyyətin təkcə Qusarda deyil, Quba, Xaçmaz və Sumqayıtda da müşahidə olunduğu, bəzi yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzin olmadığı bildirilir.
Chosen
10
3
yeniavaz.com

5Sources