EN

Ən Ölümcül 10 Xəstəlik Arasında: Kişilərdə daha çox görülür - əlamətləri

Son dövrlərdə Türkiyədə də yayılmağa başlayan ağız xərçəngi ilə bağlı mütəxəssis həkim xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, radiologiya üzrə mütəxəssis həkim Semih Tanrıverdi, bu xərçəng növünün kişilərdə qadınlara nisbətən iki dəfə daha çox görüldüyünü qeyd edib.

Dünyada ən ölümcül 10 xərçəng növü arasında yer alan ağız xərçəngi barədə mütəxəssislər xəbərdarlıq edir. Əsasən aşağı dodaq, ağız altı və dil bölgəsində yaranan, selikli qişadan qaynaqlanan bu xərçəng növünün genişlənməyə başladığı bildirilir.

Əlamətləri hansılardır?
Ağızda sağalmayan yaralar
Ağ və ya qırmızı ləkələr
Ağız qoxusu
Çeynəmə çətinliyi
Çəki itkisi

Radiologiya üzrə mütəxəssis həkim Semih Tanrıverdi bu xərçəng növünə dair diqqətli olunması lazım olduğunu bildirib.

Kişilərdə ikiqat daha çox görülür

Tanrıverdi qeyd edib ki, ağız xərçəngi ən çox aşağı dodaq, ağız altı, dil, badamcıqlar və tüpürcək vəzilərinin arxası kimi bölgələrdə yaranır.
"Ağız xərçəngləri çox vaxt çoxqatlı yastı epitel hüceyrələrindən qaynaqlanır və baş-boyun bölgəsindəki ən yayılmış xərçəng növlərindən biridir. Kişilərdə qadınlara nisbətən iki dəfə daha çox rast gəlinir. Buna görə də mütəmadi olaraq həkim və diş həkimi müayinələri erkən diaqnoz üçün həyati əhəmiyyət daşıyır" deyib.

Risk Faktorları Nələrdir?
Siqaret və tütün istifadəsi: Xəstələrin 90%-də rast gəlinir.
Alkoqol istifadəsi: Alkoqol tütünlə birləşəndə risk daha da artır.
Günəş şüalarına məruz qalma
Ailədə xərçəng keçmişi
Xroniki yaralar

Bu Əlamətləri Görsəniz, Dərhal Həkimə Müraciət Edin
Tanrıverdi qeyd edib ki, ağız içində sağalmayan yaralar, ağ və ya qırmızı ləkələr (lökoplakiya və eritroplakiya) bu xərçəng növünün erkən əlamətləri ola bilər. Xüsusilə qırmızı ləkələrin xərçəngə çevrilmə riski daha yüksəkdir.

Əlavə olaraq:

Ağız qoxusu
Çeynəmə çətinliyi
Sürətli çəki itkisi
Bu əlamətlər ortaya çıxdıqda dərhal mütəxəssisə müraciət etmək lazımdır.

Xərçəngdən Necə Qorunmaq Olar?
Tanrıverdi vurğulayıb ki, siqaret və alkoqoldan uzaq durmaq ağız xərçəngindən qorunmaq üçün həyati əhəmiyyətə malikdir. Mütəmadi həkim və diş həkimi müayinələri erkən diaqnozu təmin edərək xəstəliyin irəliləməsinin qarşısını ala bilər.

Həmçinin ağızda kəskin dişlərdən və ya protezlərdən yaranan yaraların xərçəngə zəmin yarada biləcəyini qeyd edən həkim, bu problemlərin vaxtında həll edilməsinin vacibliyini vurğulayıb. Cəmiyyətin bu mövzuda daha məlumatlı olması və erkən diaqnozun həyat qurtarıcı olduğu bir daha xatırladılıb.

Lalə Qüdrətova
Milli.Az

Chosen
14
5
milli.az

10Sources