Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Xocalı rayon sektorunun əməkdaşı, Xocalı rayon sakini Nəcəf Əyyub oğlu Həsənov intihar edib.
Publika.az xəbər verir ki, o, dekabrın 23-də saat 19 radələrində Xankəndi şəhərində müəllimlər üçün ayrılmış binada özünə xəsarətlər yetirib. N.Həsənov daha sonra özünü asıb.
47 yaşlı təhsil işçisinin hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.