Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Həsənov Nəcəf dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib. 1news.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb. "Qarabağ Regional Təhsil İdarəsinin kollektivi olaraq həmkarımızın vəfatından təssüfləndiyimizi bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib" - deyə məlumatda qeyd olunub.