EN

Yaponlar Ayda yaşamaq üçün yaşayış kompleksi yaradırlar

...Kioto Universitetinin alimləri yerin süni cazibə qüvvəsi ilə Ayda yaşayış kompleksi yaratmağa başlayıblar.

SİA-nın məlumatına görə, bu barədə “Kyodo News” yazıb. Kajima tikinti korporasiyası ilə birlikdə elm adamları Neo Lunar Glass adlı iddialı bir layihə elan ediblər. O, Ayda hündürlüyü 400 metr, diametri 200 metr olan parabolik strukturun tikintisini nəzərdə tutur.

Quruluşun içərisində Yerin cazibə qüvvəsini süni şəkildə simulyasiya etmək üçün fırlanma hərəkətindən istifadə ediləcək. Alimlərin fikrincə, bu, çəkisi az olan insanlarda sümük və əzələ kütləsinin itirilməsinin qarşısını almağa kömək edəcək.

Layihənin 10 minə qədər insanı mənzillə təmin edə biləcəyi planlaşdırılır. Onun üzərində iş bu maliyyə ilində kompüter modellərinin və kiçildilmiş modellərin yaradılması ilə başlayıb.

1:2000 miqyaslı ilk prototip artıq təqdim olunub. Kioto Universitetinin professoru Yosuke Yamaşiki bu texnologiyanın unikallığını qeyd edərək, oxşar inkişafın başqa ölkələrdə olmadığını vurğulayıb.

Qeyd olunur ki, bir çox yapon korporasiyaları Ayın tədqiqi layihələrində fəal iştirak edir. Məsələn, Toyota Motor avtomobil şirkəti Yerin peykinin səthində kəşfiyyat və hərəkət üçün Ayda gəzinti aparatları hazırlayır.

Nazlı Almuradova

Chosen
1
2
sia.az

3Sources