EN

"Mançester Yunayted"də ciddi itki: 10 həftə oynamayacaq

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçusu Meyson Maunt uzun müddətlik sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

İngiltərəli hücumameyilli yarımmüdafiəçi Premyer Liqanın 16-cı turunun "Mançester Siti" ilə matçında (2:1) ayağından zədə alıb. 25 yaşlı futbolçu təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Meyson Mauntu ötən ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Chosen
7
sportal.az

1Sources