EN

Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB

Los-Ancelesdəki "Cedars-Sinai" Tibb Mərkəzinin qastroenteroloqu Əli Rezai deyir ki, sol tərəf üstə yatan insanlar sağ və ya arxa üstə yatanlara nisbətən daha sağlamdır, həmçinin onların həzm problemi daha az olur. 

Doktorm.az xəbər verir ki, həkim tənəffüs problemi olanlara arxa üstə yatmağı məsləhət görmür. 

Əli Rezai bildirib ki, sağ böyrü üstə yatmaq isə həzm pozğunluğuna səbəb olur:

Həkimin sözlərinə görə, ən yaxşı yuxu mövqeyi sol tərəfdə yatmaqdır: 

"Bu addımla sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və hətta həyatınızı xilas edə bilərsiniz".

Holistik tibbdə sol tərəf "dominant limfatik tərəf" adlanır, çünki insan sol tərəfində yatdıqda, bədəni limfa düyünləri vasitəsilə toksinləri süzməkdə daha təsirli olur. Bu vəziyyətdə yatmaq həm də qan dövranını yaxşılaşdırır və beynin tullantıları süzməsinə kömək edir. Sol böyrü üstə yatmağın bu qədər faydası olmasının səbəbi bədənin daxili orqanlarının anatomiyası və yerləşməsidir.

Qastroenteroloq Rezainin fikrincə, sağ tərəfdə yatmaq, ölümcül xəstəliklər, o cümlədən, ürək xəstəlikləri ehtimalını artırır./lent.az

Chosen
9
4
Doktorm.az

5Sources