EN

“TikTok”da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Editor.az  xəbər verir ki, bu tədbirlər çərçivəsində şairə İlhamə Elşadqızı saxlanılıb.

Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri – Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub.

Chosen
16
41
editor.az

10Sources