Ajans.az xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino deyib.
“Trampın açıqlamaları onun kobud tarixi məlumatsızlığının təzahürüdür. Dekabrın 31-də Panama kanalının rəsmi olaraq panamalıların əlinə keçməsinin 25 ili tamam olacaq”, - deyə siyasətçi qeyd edib.
Dekabrın 22-də Tramp Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə keçə biləcəyini açıqlayıb. O, bildirib ki, Panamanın kanal haqları “sadəcə gülüncdür”.
Respublikaçı həm də Panama kanalının və ABŞ bayrağının fotoşəkili ilə yazı dərc edib. Tramp fotoya “ABŞ-yə xoş gəlmisiniz, Kanal” sözlərini yazıb.