Ajans.azxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
O, bir neçə vətəndaşa pensiya düzəltmək adı ilə vəd verərək onlardan külli miqdarda pul, qızıl -zinət əşyaları almaqla dələduzluqda ittiham olunur. Ümumilikdə ziyan 400 min manata yaxındır.