EN

Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...

Dolların möhkəmlənməsi xüsusilə 2024-cü ilin sentyabr ayının sonlarından başlayaraq sürətlənib. Həmin dövrdə 99,9 həddində olan indeks son 3 ay ərzində 8 vahid artış göstərib. Bununla yanaşı Azərbaycanda üzən məzənnə rejiminə keçid də  

Məsələ ilə bağlı Ajans.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda hələlik üzən məzənnə rejiminə keçid müzakirə olunmur. Deputatın sözlərinə görə, ölkədə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılıdır:

"Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bank məzənnə siyasəti həyata keçirən zaman həm qlobal dəyişikliklər, həm də ölkəyə daxil olan valyutanın həcmini nəzərə alır. Xüsusən, FED-in qəbul etdiyi qərarların və neft bazarlarındakı dəyişikliklərin həm iqtisadi, həm də psixoloji təsirləri mövcuddur."

Deputat qeyd edib ki, üzən məzənnə rejimi milli valyutanın məzənnəsinin bazar qüvvələri – yəni tələb və təklif əsasında formalaşdığı sistemdir. Bu rejimdə Mərkəzi Bankın müdaxiləsi məhduddur və yalnız bazar iştirakçılarının həddindən artıq dalğalanmalarını tənzimləmək üçün tətbiq olunur.

"Azərbaycanda isə hazırda fix məzənnə rejimi mövcuddur. Bu sistemdə manatın məzənnəsi Mərkəzi Bank tərəfindən sabit saxlanılır və müəyyən intervalda dəyişir. Üzən məzənnə rejimində Mərkəzi Bank xarici valyuta bazarına müdaxilə etmədiyi üçün valyuta ehtiyatlarının istifadəsi azalır. Valyuta məzənnəsi qlobal bazarlardakı dəyişikliyə daha tez uyğunlaşır, bu da ixracın rəqabət qabiliyyətini artırır.

Vüqar Bayramov əlavə edib ki, yaxın zamanda Azərbaycanda üzən məzənnə rejiminə keçid gözlənilmir. Amma hər şey Mərkəzi Bankın qərarından asılıdır. 

Chosen
9
1
Ajans.az

2Sources