EN

Əsma Əsədin Britaniyaya qayıtmasına imkan verməyəcəklər

Əsma

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin britaniyalı həyat yoldaşı boşanmaq üçün ərizə verib və çox güman ki, bundan sonra Londona qayıtmaq istəyir.

Reyting.az
-ın məlumatına görə, britaniyalı deputatlar ötən gecə xəbərdarlıq ediblər ki, Əsəd ailəsinin illər ərzində törətdiyi vəhşilikləri nəzərə alaraq, Əsma Əsədin Böyük Britaniyaya qayıtmasına icazə verilməməlidir. Əsma Əsədin pasportunun ləğvi və vətəndaşlıqdan məhrum edilməsini tələb olunur.

“Arvadının İngiltərədə dəbdəbəli həyata qayıtması Əsədin milyonlarla qurbanı üçün təhqir olardı. Əsəd ailəsi müasir dövrün ən pis vəhşiliklərinə görə məsuliyyət daşıyır”,- deyə ədliyyə katibi Robert Cenrik qeyd edib.

Xarici işlər naziri David Lammi də əvvəllər deyib ki, xanım Əsəd sanksiyaya məruz qalan şəxsdir və Böyük Britaniyada xoş qarşılanmır.

O, “Əsədin Böyük Britaniyaya qayıtmasının qarşısını almaq üçün vətəndaşlıqdan məhrum edilə bilərmi” sualına şərh verməyib. Lakin Lamminin açıqlaması ilə Əsədin ölkəyə daxil olmasına mane olan sanksiyaların qüvvədə qaldığı təsdiqlənib.

Qeyd olunur ki, Əsma Əsədin Böyük Britaniyadakı aktivləri 2012-ci ilin martında Avropa İttifaqının sanksiya proqramı çərçivəsində dondurulub və bu sanksiyalar Brexit-dən sonra da davam edir.

Xatırladaq ki, bundan əvvəl xəbər yayılıb ki, Əsma Əsəd əri Bəşər Əsəddən boşanmaq üçün məhkəməyə müraciət edib. Ehtimal olunur ki, məqsəd Əsma Əsədin Londonya qayıtmasını təmin etməkdir.

ELÇİN
Chosen
11
50
reyting.az

10Sources