EN

ABB-nin gəlirli istiqrazları –TAM HƏCMDƏ UĞURLA YERLƏŞDİRİLDİ!

24 dekabr 2024-cü ildə Bakı Fond Birjasında "ABB” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Sfera.az xəbər verir ki, daha öncə Bakı Fond Birjasının “Premium” bazar seqmentində listinqə daxil edilmiş bu qiymətli kağızların ümumi həcmi 100 milyon manat təşkil edir.

 

Birjada ABB istiqrazlarının emissiyası rəqabətli hərrac üsulu ilə həyata keçirilib. Təklif olunan istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 2 il təşkil edir. İstiqrazlar investorlara illik 11% gəlirlilik təmin edəcək. Bu istiqrazlar üzrə faiz ödənişləri hər 3 (üç) təqvim ayından bir həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü tamamlanacaq.

 

Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, ortamüddətli maliyyələşmənin təmin olunması, eləcə də ölkəmizin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.

Emissiyadan əldə olunan vəsait ABB-nin kredit portfelinin artırılmasına, kredit bazarında mövqeyinin gücləndirilməsinə, eləcə də ABB-nin strateji layihələrinin icrasının maliyyələşməsinə yönəldiləcək. Əlavə olaraq, istiqraz buraxılışından cəlb olunmuş vəsaitlər ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsinə, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcək.

 

Buraxılışın anderrayteri qismində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edib. İstiqrazlar artıq sabahdan etibarən Bakı Fond Birjasında təkrar bazarda tədavülə buraxılacaq. Təkrar bazardan bu istiqrazları əldə etmək niyyətində olan investorlar “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-ə müraciət edə bilər.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Chosen
6
13
sfera.az

10Sources