EN

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə olub – YENİLƏNİB

“Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsinin zəhərlənmə faktı ilə bağlı APA-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.

“Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir”, – deyə məlumatda bildirilib.

***

18:18

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

“8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

 

***

17:14

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, rayonda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.

Peşə Təhsili Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı onlara məlumat daxil olub. Hazırda məsələ araşdırılır.

Chosen
10
12
nocomment.az

10Sources